Kassadan satış
Kassadan satış funksionallığı ilə e-ticarət sisteminizi təkmilləşdirin və müştərilərinizə daha rahat ödəniş imkanları yaradın.

Əməliyyatlarınızı optimallaşdırın.
7 gün ödənişsiz
Endirim tətbiq edilməsi
Cib Biznes ilə kassadan satış zamanı sifarişə asanlıqla endirimlər tətbiq edə bilərsiniz. Endirimlər avtomatik olaraq hesablanır və kassadan satış prosesini asanlaşdırır.

Müştərinin sifarişə əlavə edilməsi
Müştəri məlumatlarının sistemə əlavə edilməsi ilə sifarişlərin idarə edilməsi daha səmərəli olur. Bu funksiya müştəri məlumatlarının saxlanmasını və təkrar alış-verişlərin izlənməsini təmin edir.

Nağd və onlayn ödənişin alınması
Kassadan satışda həm nağd, həm də onlayn ödənişlərin qəbul edilməsi mümkündür. Müştərilər özlərinə uyğun ödəmə metodunu seçə bilir və ödənişlər təhlükəsiz şəkildə həyata keçirilir.

Nisyə satış
Nisyə satış funksiyası ilə müştərilərə borc əsasında məhsul satışı həyata keçirə bilərsiniz. Bu funksiya müştəriyə daha çevik ödəmə şərtləri təklif etməyə imkan verir və məmnuniyyəti artırır.

Rezerv etmə
Məhsulların rezerv edilməsi funksiyası ilə müştərilər üçün məhsulun əlçatanlığını təmin edə bilərsiniz. Rezervasiya sayəsində məhsullar müştərilər üçün saxlanılır və lazımi zaman sifriş prosesi yekunlaşdırılır.

Stokun idarəedilməsi
Stok idarəetməsi funksiyası ilə məhsulların mövcudluğunu real vaxtda izləmək mümkündür. Satış həyata keçirildikcə stok səviyyəsi avtomatik olaraq yenilənir və anbar idarəsi səmərəli şəkildə aparılır.